COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                 

AYNUR CAMALQIZIDAN İDDİALI AÇIQLAMALAR
Tarix: 27-02-2012, 17:00 | Çap et
AYNUR CAMALQIZIDAN İDDİALI AÇIQLAMALAR

“MARTIN 1-dən QƏZETİMİZ və SAYTIMIZ İŞIQ ÜZÜ GÖRƏCƏK”

Sabiq millət vəkili, jurnalist Aynur Camalqızı fevralın 27-də “Media forum” saytının suallarını cavablandırıb.

Aynur Camalqızı 1975-ci ildə Tərtərdə doğulub. Dövlət İdarəçiliyi Akademiyasını bitirib. “Azərbaycan Ordusu”, “Xalq qəzeti”, “Şans”, “Ulus”, “Millətin səsi”, “Yeni Yüzil”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 2005-2010-cu illlərdə Milli Məclisin üzvü olub.

- Eşitmişik yeni qəzet təsis etmisiniz. Qəzetin adı nədir, həftədə neçə dəfə çıxacaq?

- Yeni qəzet həftədə beş dəfə nəşr olunacaq. Adı “Gündəlik Teleqraf”dır. Bilirsiz ki, bu, Londonda nəşr olunan dünyaca məşhur media brendinin adıdır. Bir az iddialı, bəlkə də pafoslu səslənə bilər, amma biz “Deyli Teleqraf” kimi populyar, tanınmış bir qəzet çıxarmaq istəyirik.

Deyə bilərsiz ki, hazırkı situasiyada, mövcud şərtlər daxilində yeni çap mediası yaratmaq və onu oxunaqlı, populyar etmək çox çətindir. Biz nə qədər çətin bir işə başladığımızın fərqindəyik. Məsuliyyətimizi hiss edir, başa düşürük. Amma çalışacağıq ki, ənənələri pozaq.

Əvvəla, bu qəzetdə şər, böhtan, təhqir və söyüş olmayacaq. Bu, birmənalıdır. Biz MDB ölkələrinin deyil, Türkiyə mediasının ənənələrini özümüzə örnək götürmək istəyirik. Yəni Rusiya mətbuatındakı kimi düşmənçiliyi yox, opponentlərin bir-birinə qarşılıqlı hörmətini mətbuata gətirməyə çalışacağıq. Necə ki, Türkiyədə seçki prosesində bir-birini kəskin tənqid edən siyasi rəqiblər sonda bir-birlərinin əlini sıxa bilir, biri digərini qələbə münasibətilə təbrik edə bilir, Azərbaycanda da bu ənənə, nəhayət, oturuşmalıdır. Siyasi mədəniyyət siyasətə gətirilməlidir.

- Bəs niyə məhz “Gündəlik Teleqraf”? Qəzetə niyə bu adı verdiniz? Milli bir ad seçmək olmazdımı?

- Əvvəla, biz iki layihəylə başlayırıq: “Gündəlik Teleqraf” qəzeti və “Publika.az” saytı. Biri digərini təkrarlamayacaq. Bir-birindən tamamilə fərqli layihələrdir. Qəzetin adına gəlincə, Mətbuat Şurasının, Milli Məclisin, bütövlükdə Azərbaycan mediasının diqqətini bir vacib məsələyə yönəltmək istəyirəm. Xəbəriniz varmı ki, Azərbaycan dilində qəzet adı ola biləcək söz, ifadə qalmayıb. Bütün uyğun adlar Ədliyyə Nazirliyinin müvafiq qurumunda qeydiyyatdan keçirilib. Biz monitorinq apardıq, məlum oldu ki, elə adam var, özü də mediaya ümumiyyətlə, dəxli yoxdur, yəni jurnalist, qələm əhli deyil, amma onlarla qəzet adı qeydiyyatdan keçirib özü üçün saxlayır. Niyyəti, məqsədi nədir, bəlli deyil. Bəlkə əlli ildən sonra da onun qəzet nəşr etmək imkanı olmayacaq. Ancaq ən yaxşı qəzet adlarını öz inhisarında saxlayır.

Mən belə təsisçilərin bir neçəsi ilə hətta əlaqə yaratmağa çalışdım. Normal bir qəzet adını satın almaq üçün. Elə fantastik rəqəmlər söylədilər ki, sadəcə, yaxın durmaq mümkün deyil. Məncə, bu problemin həlli yolu düşünülüb tapılmalıdır. Qanunvericilik yolu ilə müəyyən vaxt nəzərdə tutulmalıdır ki, qeydiyyatdan keçirilmiş mətbu orqan, tutaq, bir il fəaliyyət göstərmirsə, onun qeydiyyatı ləğv olunsun. Əlbəttə, bu, bir təklifdir. Amma düşünürəm ki, vaxtında çıxış yolu tapılmasa, bir azdan vəziyyət daha da mürəkkəbləşəcək.

Digər tərəfdən, hesab edirəm ki, ad, mətbu orqan adı uğurun çox cüzi hissəsini təşkil edir. Tutaq, qəzetə “Brilyant” adını verin, əgər oxunaqlı olmasa, bu ad belə öz parıltısını itirəcək. Ən önəmlisi peşəkarlıqdır.

- Sizin qəzet hansı mövqedə olacaq? Hakimiyyətə yaxın, müxalifətə yaxın, yoxsa?..

- Siz niyə hesab edirsiz ki, biz mütləq hansısa qüvvəyə yaxın və ya hansısa tərəfdə olmalıyıq? Biz tərəfsiz, müstəqil və prestijli bir media yaratmağa iddialıyıq. Yəni müxalifətdən nə qədər uzaqdayıqsa, iqtidardan da məsafəcə o qədər uzaqda dayanacağıq. Vaxtilə “Şans”, “Yeni Yüzil” və “Avropa” qəzetləri bunun örnəyini ortaya qoyub. Həm müxalifət, həm də iqtidar nümayəndələrinin fikirlərinə eyni dərəcədə yer ayırmaqla, balansı qorumaqla. Təbii ki, buna çalışacağıq. Heç kəsin şərəf və ləyaqəti müzakirə mövzusu olmayacaq. Mən parlamentdə olduğum müddətdə bunun ciddi əziyyətini çəkmiş bir insan olaraq heç vaxt imkan verə bilmərəm ki, bəzi qəzetlərin ənənəsi bizdə təkrarlansın. Bu, yolverilməzdir.

- Bəs yüksək vəzifəli dövlət məmurlarının tənqidi necə? Təbii ki, söhbət qərəzli yox, peşəkar tənqiddən gedir...

- Konkretləşdirim: əgər dövlət başçısını nəzərdə tutursunuzsa, mən bu mövqedəyəm ki, prezident də bayraq kimi, himn kimi, gerb kimi bu ölkənin atributudur və atributa hörmət etmək hər bir vətəndaşın borcudur. Bu mənim prinsipial mövqeyimdir. Üstəlik, bilirsiz ki, mənim İlham Əliyevə rəğbətim var və bunu gizlətmirəm. Amma heç kim düşünməməlidir ki, İlham Əliyev tənqidi qəbul etmir. Buyurun, mətbuata baxın, görəcəksiniz ki, bu ölkədə tənqidə ən dözümlü, ən tolerant insan elə cənab prezidentin özüdür. Azərbaycanda İlham Əliyevdən çox sərt və əndazəsiz tənqid olunan ikinci bir şəxs yoxdur. Təəssüf ki, o tənqidlərin çox cüzi hissəsi peşəkar etika çərçivəsindədir. Biz bu çərçivəni həmişə gözləyəcəyik. Bəziləri kimi, “adının çəkilməsini istəməyən mənbə”lərə istinadla həqiqətdən tamamilə uzaq şeyləri tirajlaya, sonra da məhkəmə qapılarında dayana bilmərik. Tənqidin mütləq əsasları olmalıdır. Düşünürəm, bu, oxucu qarşısında məsuliyyətimizi və etimadımızı dərk etmək baxımından da önəmlidir.

- Maliyyə qaynaqları haqqında nə demək mümkündür?

- Hələ ki, şəxsi əlaqələr hesabına işə başlayırıq. Amma sürətlə oxucu toplamağa iddialıyıq. Yəqin ki, az müddətdən sonra qəzetin satışından və reklam bazarından da gəlirlərimiz olacaq. Əldə olunan gəliri də kollektivin ixtiyarına buraxacağıq ki, daha yaxşı işləməyə həvəsli olsunlar. Məncə, Azərbaycanda belə media orqanı bizə qədər olmayıb.

- Qəzetdə hansı tanınmış imzalar olacaq?

- Tanınmış imzaların əksəriyyəti. Azər Hüseynbala, Taleh Şahsuvarlı, Qurban Yaquboğlu, Rusvat Bayramov, Günel Mövlud, Zahir Əzəmət, Murad Köhnəqala, Seymur Baycan, Əli Əkbər, Elmir Mirzoyev, Aqşin Yenisey, Salam Sarvan və başqaları. Yeri gəlmişkən, bütün məşhur imza sahiblərini əməkdaşlığa dəvət edirik.

- İndi daha çox elektron mətbu orqanlar, xəbər portalları təsis olunur. Yazılı medianın bir qədər gerilədiyi dövrdə qəzet çıxarmaq riskli deyilmi?

- Azərbaycanda qəzet-jurnalların qənimi əslində internet mediası deyil. Bu sektorun özünün ciddi problemləri var. İstər maliyyə, istərsə də peşəkarlıq baxımından. İnternet mediası, təbii ki, operativlik baxımından qəzetləri qabaqlayır. Ancaq operativ xəbərçilik xaricində qəzetlər hələ ki, heç bir cəmiyət üçün əhəmiyyətini itirməyib. Qəzet oxumaq bir mədəniyyətdir. Normal adam günə, işə qəzet oxumaqla başlamalıdır. Odur ki, Azərbaycanda bu mədəniyyətin inkişafına xidmət göstərmək daha vacibdir.

- Siz də qəzetdə yazacaqsınız?

- Əlbəttə. Bilirsiz ki, mən parlamentdə olduğum müddətdə də jurnalistikadan uzaq olmadım. Yenə də yazmaqda davam edəcəm. Martın 1-dən qəzetimiz və saytımız işıq üzü görəcək. Azərbaycan oxucusunu qane edə biləcəyimizə çox inanıram.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru