İran parlamentində rekord sayda qadın
Tarix: 2-05-2016, 09:24 |
Çap et
İran Prezidenti Hassan Rohani ölkə parlamentinə rekord sayda qadın seçilməsini alqışlayıb.
“İlk dəfə olaraq, parlamentimizdə 18 qadın var. Bu rekord say bizi xeyli xoşbəxt edir”, Rohani mayın 1-də Tehranda deyib və ümidini bildirib ki, daha çox qadın siyasətə qoşulmağa həvəslənəcək.
Aprelin 29-da seçkinin ikinci raundunda 4 qadın da seçilib və qadın deputatların sayı 18-ə çatıb.
Öncəki parlamentdə assambleyanın 290 üzvündən doqquzu qadın idi.
18 qadın deputat ya Rohani-nin islahatçı fraksiyasının üzvüdür, yaxud da seçkiyə müstəqil qatılıb.
Mühafizəkar xətt tərəfdarı olan qadınlardan parlamentə seçilən olmayıb.
Müqayisə üçün, ABŞ Konqresindəki 538 yerin 104-nü qadınlar tutub ki, bu da ümumi sayın 19.4 faizi edir.