İraqda İŞİD lideri öldürülüb
Tarix: 10-05-2016, 08:27 |
Çap et
İraqın qərbindəki Ənbər vilayətində İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının lideri öldürülüb. ABŞ koalisiyası onun hava zərbəsilə vurulduğunu deyir.
Pentaqonun sözçüsü Peter Cook deyib ki, Abu Wahib və daha 3 silahlının olduğu maşına mayın 6-da zərbə endirilib. Cook-un sözlərincə, Wahib vaxtilə Al-Qaeda-nın İraqda üzvü olub və İŞİD-in edam videolarında görüntülənib.
Wahib-in daha öncə də hava zərbələrilə hədəfə alındığı bildirilsə də, Pentaqon ilk dəfədir onun öldürüldüyünü açıqlayır.
İŞİD-ə qarşı beynəlxalq koalisiya 2014-cü ildən İraqa hava zərbələri endirir. İD İraqda və Suriyada böyük ərazilər tutub.