“Merkel Ərdoğana itaət edir”
Tarix: 16-05-2016, 08:42 |
Çap et
Türkiyə ilə əldə olunan razılaşmanın həyata keçirilməsində bütün məsuliyyət Angela Merkelin üzərinə düşür.
Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın Sosial Demokrat Partiyasının (SPD) sədr müavini Torsten Şefer-Gümbel “Velt am Sonntaq” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Avropa Türkiyəyə güzəştə getməyəcək:
“Türkiyə ilə əldə olunan razılaşmanın həyata keçirilməsində bütün məsuliyyət Angela Merkelin üzərinə düşür. Onun Ərdoğana itaət siyasəti Avropanın güzəştə gedəcəyi anlamına gəlmir. Türkiyə terrorla mübarizə qanununda dəyişiklik etməlidir”.