"Səudiyyə Şuradan çıxarılsın"
Tarix: 30-06-2016, 08:58 |
Çap et
Səudiyyə Ərəbistanı Yəməndə dinc sakinlərin öldürülməsinə son qoymayınca, BMT İnsan Haqları Şurasından çıxarılsın. Amnesty International və Human Rights Watch insan haqları təşkilatları BMT-yə belə bir çağırış edib.
“Səudiyyə Ərəbistanı Yəməndə çoxsaylı pozuntulara yol verib”, HRW-nin direktor müavini Philippe Bolopion deyib. “Səudiyyə istisna haldır… heç bir ölkənin yol vermədiyi sayda qətl törədib”.
Səudiyyənin rəhbərlik etdiyi koalisiya 2015-ci ilin martında Yəmənə hava kampaniyası başladıb, məqsəd şiəməzhəb husi yaraqlılarını məğlub etməkdir.
Bu iki qrup 69 qanunsuz hava zərbəsini sənədləşdirdiyini bildirir. Bəziləri hərbi cinayətə bərabərdir. Həmin zərbələrdə azı 913 dinc sakin həlak olub.
Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir ittihamları “əsassız” adlandırıb. O, Parisdə jurnalistlərə deyib ki, “koalisiya hədəfləri çox ehtiyatla seçir. Biz dinc sakinlərə ziyan vurmuruq”.
BMT Baş Assambleyası ciddi və sistematik insan haqları pozuntularına görə bir ölkəni İnsan Haqları Şurasından çıxara bilər.