Hillari Klinton potensial vitse-prezidentin adını çəkdi
Tarix: 13-07-2016, 08:29 |
Çap et
Demokratik Partiyadan ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton vitse-prezident postuna namizəd qismində NATO-nun Avropadakı qüvvələrinin sabiq ali baş komandanı, admiral Ceyms Stavridisi görür.
Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.
Hazırda 61 yaşlı C.Stavridis Massaçusets ştatındakı Tafts Universiteti yanında Fletçer Diplomatiya və Hüquq Məktəbinin dekanıdır.
Onun Demokratik Partiyadan vitse-prezidentliyə namizədliyinin partiya tərəfindən iyulun 25-28-də Filadelfiyada keçiriləcək qurultay ərəfəsində elan olunacağı gözlənilir.
Admiral "ağıllı güc"ün tətbiqinin tərəfdarı kimi tanınır. O, təhlülkəsizlik sahəsində beynəlxalq və dövlət-özəl tərəfdaşlığına xüsusi önəm verir.