ABŞ-ın Fətullah Güləni təslim etməsini gözləyirik - Prezident
Tarix: 21-07-2016, 09:47 |
Çap et
"ABŞ-ın Fətullah Güləni təslim etməsini gözləyirik."
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bəyan edib.
O, "Türkiyənin dostu və strateji tərəfdaşı olan ABŞ-ın" terror təşkilatının liderini onlara təslim edəcəyinə inandığını söyləyib: "Pensilvaniyadakı şəxsi istəyirik. ABŞ-ın onu təslim edəcəyini gözləyirik və onu ekstradisiya edəcəklərinə inanırıq.
Hara qaçırlar-qaçsınlar, təqib edəcəyik. Demokratik sistemi birgə qoruyacağıq. Millətimiz fərqli fikirlərə sahib olsa da, bu prosesdə birgə oldu."