Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? .....                     Tovuzun kəndlərində məktəblər niyə boşalır? .....                     "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" .....                     Benzinin qiymətini kimə həvalə etməli? .....                     Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? .....                     Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə .....                     Yeni lizinq şirkəti təsis edilib .....                     Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                 

Sərkisyan diqqəti “xarici düşmən”ə yönəltməyə çalışır
Tarix: 26-07-2016, 08:56 | Çap et
Sərkisyan diqqəti “xarici düşmən”ə yönəltməyə çalışır
Ermənistanın paytaxtında bir həftədən çoxdur baş qaldıran gərgin hadisələr səngimək bilmir. İrəvanda polis-patrul alayının binasını ələ keçirən silahlı qrup bütün girovları azad etsə də, hələ də yerləşdiyi binanı tərk etməyib. Məlumata görə, paralel olaraq müxalif qruplar Sərkisyanın istefasını və həbsdə olan Jiray Sefilyanın azad olunmasını tələb edən silahlılara dəstək aksiyaları keçirir.

Qeyd edək ki, girov əməliyyatı 17 iyulda başlayıb. Silahlı qrup polis bölməsinə daxil olaraq polkovniki öldürüb, prezident Serj Sərkisyanın istefasını tələb edib. Onlar radikal müxalifət lideri, keçmiş döyüşçü Jirayr Səfilyanın azad edilməsini istəyirlər. Sonrakı günlərdə silahlılar girovları azad etsələr də, təslim olmaqdan imtina ediblər.

İrəvanda post-patrul polisinin binasını nəzarətdə saxlayan yaraqlıların yerləşdiyi ərazinin üzərində vertolyotların uçduğu barədə xəbərlər var. Virtualaz.org xəbər verir ki, silahlı qrupun nümayəndələri vertolyotun 102-ci Rusiya hərbi bazasına məxsus olduğunu iddia edir. İrəvanın digər rayonları üzərində də hərbi vertolyotların uçuş keçirdiyi haqda xəbərlər var. Bu, silahlı qrupa hücum əməliyyatının başlamasına hazırlıq getdiyi barədə təxminlərə yol açıb. Hərçənd ki, Ermənistan hakimiyyəti vasitəçilik edən qarabağlı general Vitali Balasanyana vəd edib ki, silahlılara qarşı xüsusi əməliyyat keçirməyə hazırlaşmır. Bir gün əvvəl binanı tərk etmək istəməyən silahlı qrup hakimiyyətin onlara yemək verilməsini qadağan etməsinə etiraz olaraq, polis maşınını yandırıb.

Özlərini “məğlubedilməz döyüşçülər” adlandıran silahlı qrupun üzvü Varujan Avetsyan qeyd edib ki, onlar həmçinin polisin pilotsuz uçan aparatını da vurublar. “Bizə yemək, işıq vermirlər, əlaqəni kəsiblər. Buna görə də biz etirazımızı bu cür bildiririk. Polis maşınını yandırdıq, həmçinin bizim olduğumuz zonaya göndərilən pilotsuz aparatı iki atəşlə məhv etdik. Əhval-ruhiyyəmiz yaxşıdır, çünki biz azad olunmuş ərazidəyik. Bütün xalqı etiraza səsləyirik”, - deyə o bildirib. Hazırda silahlı qrup olduqları binanı tərk etmir və əvvəlki tələblərini irəli sürürlər. Ermənistanda müxalifət onlara dəstək verir. Dünən Sarkisyanın qiyamçıların lideri olan J.Sefilyanla görüşməyə razı olduğu haqda məlumatlar yayılmışdı. Lakin hakimiyyət əvvəlcə polis binasının azad olunmasını və qiyamçıların hüquq-mühafizə orqanlarına təslim olmasını tələb edib.

Bundan əvvəlki gün isə silahlı qrup polis maşınını yandırmışdı. Polis qiyamçıların ələ keçirdikləri post-patrul binasının divarlarından birini uçurmağa başlasa da, silahlıların zərərsizləşdirilməsi ilə bağlı əməliyyat sona çatdırılmayıb. Sərksiyan hakimiyyətinin qiyamçıların “nazı” ilə oynaması ortaya bir sıra suallar çıxarır, hətta bunun bir oyun olduğu barədə iddialar da var.

Lakin bir sıra müşahidəçilərin fikrincə, hakimiyyətində parçalanma ab-havası hökm sürən Serj Sərkisyan sərt addımların xalqın etirazlarına səbəb olacağından və hakimiyyətə qarşı kütləvi itaətsizliyə start veriləcəyindən ehtiyatlandığı üçün qiyamçıları mühasirədə saxlamaqla onların təslim olmasını gözləyir. Qiyamçıların zəbt etdikləri alayın yaxınlığında dəstək mitinqi isə fasilələrlə davam edir. “Təsis Məclisi”nin üzvü Alek Ynigomşyan mitinqdə bildirib ki, alayın ərazisində rabitə, elektrik enerjisi kəsilib, qida yoxdur. Ərazidə yaralı var, amma ona tibbi yardım göstərilmir.

İşğalçı ölkədə vəziyyətin gərginləşdiyi şəraitdə Qarabağ danışıqlarının taleyinin necə olacağı gündəmin əsas müzakirə mövzularındandır. Bütün müşahidələr göstərir ki, S.Sərksiyan ölkəsində və Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsində maraqlıdır. Şübhə yox ki, işğalçı ölkənin prezidenti qalan il yarımlıq səlahiyyət müddətini də başa vurmaq üçün hətta xalqını qırğına verməkdən də çəkinməyəcək. Onsuz da hakimiyyətə qan tökməklə yiyələnən Sərkisyanın başqa alternativi qalmayıb və o, bu günlərdə səslənən “Serj, rədd ol!” tələbinə əməl edib hakimiyyətdən gedərsə, pis perspektivlərlə qarşılaşacağını gözəl anlayır. Eyni zamanda Ermənistan prezidenti Qarabağ danışıqlarını pozmaqla ağasının - Rusiyanın güzəştlərlə bağlı təkliflərindən yayınmağa, Qarabağın işğalında rol oynamış cinayətkar dəstələrin qəzəbindən sığortalanmağa cəhd göstərir.

Bir müddət əvvəl S.Sərksiyanın Qarabağa növbəti qanunsuz gəlişi zamanı veteranlarla bir araya gələrək “blindajlar qazın, onları möhkəmlədin, müharibə gözləyin. Əgər Azərbaycan Qarabağın öz müqəddəratını təyinetmə statusu ilə razı deyilsə, o zaman bizim başqa yolumuz qalmır, müharibə eləmək zorundayıq” - demişdi. Bununla Sərkisyan erməni xalqını və ona “asi” çıxmış müdafiə naziri Seyran Ohanyanı Azərbaycanla təhdid etməklə yanaşı, hakimiyyətinə qarşı çıxanları neytrallaşdırmağa, diqqəti “xarici düşmənə” yönəltməyə çalışmışdı. Cəbhədəki son gərginliklər, Azərbaycanın iki hərbçisinin qətlə yetirilməsi və bunun qarşılığında Azərbaycan ordusunun cavab tədbiri görməyə əl atmağa vadar olması da son nəticədə Sərkisyana məkrli planlarını davam etdirmək imkanı yaradır. Ancaq erməni prezident hələ anlamaq istəmir ki, o, olduqca qorxulu bir oyun oynayır və aprel hadisələri ona dərs olmalıdır. Ümumiləşdirsək, Ermənistan prezidentinin danışıqlar masasından yayınmaq üçün qurduğu təhlükəli oyunlar onun öz başında çatlaya bilər.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın Dağlıq Qarabağ siyasəti artıq dalana dirənib: “Rusiya, Qərb, ATƏT və təbii ki, Azərbaycan tərəfi məsələnin həllində müsbət bir addım atılmağını tələb edir. Sərkisyan və onun komandası isə hər cür yola əl atırlar ki, məsələ uzansın. Sərkisyandan olsa, bu gün istefa verib gedər ki, cavabdehliyi öz üzərinə götürməsin, lakin separatçılara verdiyi müstəqillik vədləri bunun qarşısını kəsir. Buna görə də tez-tez Dağlıq Qarabağa səfərlər edərək separatçılarla görüşür, müxtəlif variantlar təklif edir və bunun əsasında bəyanatlar verir. Düşünürəm ki, İrəvanda təşkil edilən mitinqlər və qondarma müxalifətçi olan Səfilyan da bir siyasi gedişdir, səbəb olmasa da bir bəhanədir. Düzdür, bununla Qərb özünə yönümlü müxalifəti formalaşdırır və xalqı gələcək üçün hazırlayır. Bu, bir tərəfdən də Rusiyanın təsirinin azaldılması üçün edilir”.

A.Nağıyevin fikrincə, əgər proseslərin sonucunda Sərkisyan devirsə belə, bu, münaqişənin həllinə müsbət təsir göstərməyəcək: “Sərisyan bununla vaxtı uzada bilər. Lakin nə qədər və hara qədər? Buna görə də Rusiya generalitetinin İrəvana səfərindən sonra müxalifətin mitinqini dağıtmaq və girovları azad etmək qərarı verildi”. Politoloq qeyd etdi ki, Rusiya bu gün Ermənistanda münaqişələrin olmasının marağında deyil: “Çünki istər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən məğlub ola bilər və tam nəzarəti itirər. Ona görə də Sərkisyanı hakimiyyətdə saxlamağa məcburdur və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təsirlərini gücləndirməlidir. Burada həm nüfuz məsələsi, həm də münaqişənin həlli müsbət nəticə versə, Qərb tərəfdən bir sıra güzəştlər ala bilər. Yəni Qərb və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm bir dönüş yaranması üçün vəziyyətdən istifadə edərək həm Rusiyaya, həm də Ermənistana təsirini gücləndirməlidir”.

***

Ötən həftə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov mətbuata açıqlamasında bildirmişdi ki, Bakı Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Bundan əvvəl isə S.Sərkisyan iddia etmişdi ki, bütün dünya yığılsa belə, Qarabağ ermənilərini Azərbaycanın tərkibində yaşamağa inandıra bilməz. Erməni prezidentin növbəti bəhanəsini kəsmək üçün Bakıdan verilən bəyanata qarşı tərəfdən reaksiya verilmədi, görünür, düşmən ölkənin hakimiyyəti bu kimi rəylərin erməni cəmiyyətində oturuşmasında maraqlı deyil. Bəs danışıqlarda Azərbaycanın bu mövqeyi ortaya qoyması hansısa nəticəni verə bilərmi?

Ermənistandakı hadisələr kontekstində də fikirlər maraqlıdır, ölkə qarışıb, Sərkisyan bu qarışıqlıqdan necə çıxacaq və Qarabağ məsələsi arxa plana keçə bilərmi?

A.Nağıyev hesab edir ki, burada əsas məqam hansı mərhələdən sonra muxtariyyət verilə biləcəyindən gedir: “Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində istinad oluna biləcək sənədlər Madrid prinsipləri və Kazan protokolları eyni zamanda BMT-nin qətnamələri ola bilər. Bu sənədlərdə də əsas müddəalar erməni qoşunlarının qeyri-şərtsiz olaraq Azaərbaycanın işğal altındakı ərazilərindən çıxarılması və bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyətin və ya digər statusun verilməsindən söhbət gedə bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ziyafət Əsgərov haqlıdır: “Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində yüksək muxtariyyət status verilə bilər. Bunu biz hər zaman təkrarlamalıyıq ki, beynəlxalq aləm görsün ki, xoşniyyətliyik və Dağlıq Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları sayır və onlara yüksək haqlar verməyə hazırıq. İkincisi, bu mesajın əhəmiyyəti odur ki, Ermənistan hakimiyyəti və beynəlxalq aləm də bir daha anlasınlar ki, yüksək muxtariyyət bizim maksimum güzəştimizdir. Bundan o tərəfə müstəqillikdir ki, separatçılar belə bir təklifi Azərbaycandan heç zaman gözləməsinlər. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Dağlıq Qarabağa dünyada və Avropada mövcud olan istənilən muxtariyyət statusu verilə bilər. Mənim özüm dünyada mövcud olan 10 muxtariyyət modelini tətbiq edib kitab yazmışam. Gəldiyim qənaət odur ki, bu modellərin hər biri Dağlıq Qarabağ üçün yararlıdır, ermənilərin və azərbaycanlıların birgə təhlükəsiz yaşayışına təminat verir”.

E.Şahinoğlunun fikrincə, sadəcə, Ermənistan hakimiyyəti hələ işğalçılıq xəstəliyindən qurtula bilmir: “Demək, bu xəstəliyi onun canından biz çıxartmalıyıq. Necə çıxara biləcəyimizi isə aprel ayında göstərdik”. Siyasi təhlilçi prezidentlərin növbəti görüşündən real nəticə gözləmir: “Ümumiyyətlə, masa arxasında konstruktiv danışıqların getdiyinə əmin deyiləm. Çünki birincisi, Ermənistan hakimiyyəti əvvəlkitək Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razı deyil, ikincisi, böyük dövlətlər bu məqsədlə İrəvana təsir və təzyiq etmirlər. Digər bir məqamı da nəzərə almaq məcburiyyətindəyik. Ermənistan prezidenti Serj Sərkisyanın ölkəsindəki mövqeləri getdikcə zəifləyir.

Ermənistan faktiki vətəndaş müharibəsi astanasındadır. Belə vəziyyətdə o ancaq hakimiyyətini və ailəsini qorumaq haqqında düşünür, Dağlıq Qarabağ onun üçün arxa plana keçib. Ona görə də belə vəziyyətdə Sərkisyanın danışıqlarda geri addım atacağını gözləmək əbəsdir. Məsələ burasındadır o gözləyə bilər, biz gözləyə bilmərik. Ona görə də bir müddət sonra yenidən işğalçıya təzyiq etmək məcburiyyətində qalacağıq”.

Hələ ki Sərkisyanın oyunlarını seyr edən ATƏT-in Minsk Qrupunun həmsədrləri isə işğalçıya təpki göstərmək əvəzinə, növbəti dəfə tərəflərin “atəşkəs rejiminə ciddi riayət etməli olduğu barədə” çağırış etməklə kifayətləndilər. Özü də iki Azərbaycan hərbçisinin şəhid olmasından sonra yox, bir erməni əsgərinin Azərbaycan torpağında cavab atəşi nəticəsində öldürülməsindən sonra.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36
Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34
"Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30
Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28
Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25
Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru