20 ildən çoxdur ki evlərinə SƏNƏD VERİLMİR... .....                     Erməni qızı Türkiyədəki gözəllik yarışında 1-ci yeri tutub .....                     Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?.. .....                     Ermənistanı silkləyən qətl: “Öldür” əmrini Rusiya verib? .....                     İrəvana da müharibəyə başlamaq təklif edilib .....                     Şəhid atası vəfat etdi .....                     Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ... .....                     UZUN ÖMRÜN SİRRİ... kimyəvi maddələr imiş... .....                     GÜRCÜ ARZUSU... budursa... Qərb də NƏZƏRƏ ALMALIDIR... .....                     Vitse-spikerin qəbuluna düşə bilmədilər... .....                     İki il ərzində ancaq ÖZÜNƏ İŞLƏDİ... .....                     Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR... .....                     Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb .....                     Müharibənin taleyini həll edəcək elit əsgərlər: .....                     Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: .....                     Qarabağdan köçən 3 431 nəfər Ermənistan vətəndaşlığını qəbul edib .....                     Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı .....                     “Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir” .....                     Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? .....                     Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir .....                     MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır .....                     Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI .....                     Separatçıların azad olunması... .....                     Legitimliyini itirmək yolunda növbəti addım .....                     ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə .....                     Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI .....                     Aliment davaları böyüyür: Çıxış yolu tapılmır .....                     İki nişanın yanaşı olması sizi çaşdırmasın .....                     Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq .....                     Deputatdan AXCP-dəki istefaya REAKSİYA .....                     “Türkiyə bilir ki, bu savaş olacaq...” .....                     "Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?" .....                     Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq .....                     Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib .....                     Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək .....                     Gürcüstanda seçkilər: müharibə üzərində qələbə .....                     ABŞ-ı iflas gözləyir .....                     2025-ci ildə dünyanın sonu olacaq: .....                     Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. .....                     Nikol dayanmır: 5 saata 100 km yol sürdü .....                 

Daha bir milyarder Putini qəzəbləndirib
Tarix: 8-09-2016, 09:22 | Çap et
Daha bir milyarder Putini qəzəbləndirib
Rusiyada Vladimir Putin hakimiyyətə gələndən Rusiya kapitalizminin ilk onilliyində milyardlar qazanmış şəxslər bir-bir dənlənib: həbsə atılıblar, ölkədən qovulublar, sərvətlərindən əl çəkməyə, yaxud gəlirsiz layihələrdə iştiraka məcbur ediliblər. İndi də növbə, deyəsən, Viktor Vekselberg-ə çatıb. Onun bəzi baş menecerlərinə hücum göstərir ki, Kremlə sadiqliyin davamlı nümayişi də işə yaramır. Bu barədə «Bloomberg»də Leonid Bershidsky yazır.

«Hər şey 2000-ci il iyulun 28-dən başlanıb. Putin Rusiya biznesinin generalları ilə ilk rəsmi görüşünü keçirdi. Media maqnatı Vladimir Gusinsky görüşdə deyildi, həbsdəydi, Putin onun televiziya stansiyasını ələ keçirmək üzrəydi. Media orqanları da daxil olmaqla, müxtəlif aktivləri vasitəsilə Putin-in seçilməsinə kömək etmiş Boris Berezovsky də iclasda yoxuydu, Londondaydı. Bir neçə ay sonra heç qayıtmamağa qərar verəcəkdi, çünki həbs olunacaqdı. Az sonra neft şirkətini itirəcək və 10 il həbsdə yatacaq Mikhail Khodorkovsky isə iclasdaydı. Bankir Sergei Pugachev də ordaydı. Amma indi Fransadadır, Rusiyadakı holdinqləri əlindən çıxıb», - müəllif yazır.

SADİQLİK

«Vekselberg də iclasdaydı, bir sıra varlı rusiyalı ilə birlikdə o, Putin-in zamanında pis yaşamayıb, başını aşağı salıb, ödənişlərini edib. «Bloomberg»in milyarderlər siyahısında 14.2 milyard dollar sərvətinin olduğu göstərilən Vekselberg özünün bir patriot imicini yaradıb, Rusiyanın itirdiyi xəzinənin bir hissəsini ölkəyə qaytarıb. Məsələn, dünyada ən böyük «Fabergé» pasxa yumurtaları kolleksiyası, filosof Ivan Ilyin-in arxivi bu siyahıdadır. Putin də çıxışlarında Ilyin-dən tez-tez sitatlar gətirir. Dmitry Medvedev-in prezidentliyi dövründə isə onun sevimli layihəsi olan Skolkovo İnnovasiya Mərkəzini könüllü idarə edib. Qısası, hakimiyyətə sadiqliyini, bir an da olsun, əldən verməyib», - məqalədə vurğulanır.

Amma bazar ertəsi hökumətin istintaq komitəsi milyarderin iki yaxın həmkarını, Boris Vainzikher və Yevgeny Olkhovik-i saxlayıb, üçüncü, Mikhail Slobodin isə axtarılır. Slobodin Rusiyanın 3 böyük mobil operatorundan biri – «VimpelCom»un direktoru, Vekselberg şirkətinin idarə heyətinin üzvüdür. O, xaricdə olduğundan saxlanmayıb. İndi Rusiyaya qayıdacağı bəlli deyil, amma həbslər barədə xəbər yayılan kimi «VimpelCom»dan istefa verib.

KORRUPSİYA MEXANİZMİ

Olkhovik Vekselberg-in «Renova» holdinqinin direktoru idi. Vainzikher isə «T Plus» şirkətini idarə edirdi, bu şirkət Rusiya enerji istehsalının 7 faizinə nəzarət edir.

Müəllif bu ittihamların Putin-in birbaşa qəzəbindən doğduğunu vurğulayır. Avqustun 8-də şimaldakı Komi regionunun qubernatoru Sergei Gaplikov Putin-ə məktub yazıb, şikayətlənib ki, Vorkuta şəhərindəki istilik zavodu sərmayəsizlik üzündən sıradan çıxmaqdadır. 80 min nəfəri istiliklə təmin edən bu şirkətin sahibi «T Plus» onu satmağı planlaşdırır, çünki şəhərin istilikpaylayıcı şəbəkəsi bir neçə aydır ödənişləri etmir. Məktubda bu şəbəkənin bir ofşor-şirkətlə bağlı olduğu vurğulanırdı.

Putin buna dərhal reaksiya verib. Elə Kominin keçmiş qubernatoru Vyacheslav Gaizer bir il öncə saxlanmışdı. O, regionda korrupsioner təşkilat qurmaqda ittiham olunur. Dərhal araşdırma aparılıb və şirkətin 3 meneceri Gaizer administrasiyasına rüşvət verməklə yüksək istilik tarifləri qoymaqda ittiham olunub.

KREMLİN GİROVU

Müəllif yazır ki, buaykı parlament seçkiləri öncəsi Komi korrupsiya qalmaqalı hakim Vahid Rusiya Partiyasının dəyirmanına su tökəcək. Axı sıravi rusiyalılardan çox az adam böyük biznesin ölkədə müsbət dəyişiklik yaratmasına inanır.

«Vekselberg-in də narahat olunası çox şey var. Yaxın dostlarının həbsi, baş ofisində araşdırmalar Kremlin ondan dəyərli nəsə istədiyinin göstəricisidir. Tezliklə üzə çıxa bilər ki, «T Plus» aktivləri hansısa dövlət şirkətinə, yaxud Putin-in milyarder dostlarından birinə faydalı ola bilər. Ondan nə istənildiyini tez anlayan milyarder sərvətini qoruya bilir. Məsələn, «Brooklyn Nets»in sahibi Mikhail Prokhorov-un ofisində bir neçə dəfə axtarış aparıldı. Sonucda anladı ki, RBC media şirkəti Putin-in ailə biznesini araşdırıb. İşə yeni redaktorlar götürdü və təqiblər də dayandı. Həmkarları kimi Vekselberg də Kremlin girovudur, onun sərvəti istənilən formada yenidən bölüşdürülə bilər. O səbəbdən də Putin-in korrupsiyaya baxışı ikiüzlüdür», - müəllif yazır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
20 ildən çoxdur ki evlərinə SƏNƏD VERİLMİR... - Başçı da bilir...
Bu gün, 09:17
Erməni qızı Türkiyədəki gözəllik yarışında 1-ci yeri tutub - FOTO
Bu gün, 09:09
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?.. - Daha biri vuruldu!..
Bu gün, 09:03
Ermənistanı silkləyən qətl: “Öldür” əmrini Rusiya verib? – Ekstrasens açıqladı
Bu gün, 09:02
İrəvana da müharibəyə başlamaq təklif edilib - Ananyan
Bu gün, 09:00
Şəhid atası vəfat etdi
Bu gün, 08:58
Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:51
UZUN ÖMRÜN SİRRİ... kimyəvi maddələr imiş... - BİZ DEMİRİK...
Bu gün, 08:43
GÜRCÜ ARZUSU... budursa... Qərb də NƏZƏRƏ ALMALIDIR... - YOXSA...
Bu gün, 08:32
Vitse-spikerin qəbuluna düşə bilmədilər... - "Mənim şikayətim elə, icra hakimiyyətinin özündən idi..."
Bu gün, 08:30
İki il ərzində ancaq ÖZÜNƏ İŞLƏDİ... - Rüstəmovun HESABATI...
Bu gün, 08:25
Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR... - NARAZILIQ VAR...
Bu gün, 08:21
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb - SİYAHI
Bu gün, 08:12
Müharibənin taleyini həll edəcək elit əsgərlər: - Kremlin son ümidi
Bu gün, 06:43
Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: - Qadağan edildi
Bu gün, 06:36
Qarabağdan köçən 3 431 nəfər Ermənistan vətəndaşlığını qəbul edib - AĞILLANIRLAR...
Bu gün, 06:34
Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı - Bəyanat
Bu gün, 06:29
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir” - ETİRAZ
Bu gün, 06:25
Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? - NƏ BAŞ VERİR?
Bu gün, 00:05
Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:02
MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır - AÇIQLAMA
Dünən, 19:05
Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI - BUNDAN SONRA...
Dünən, 19:00
Separatçıların azad olunması... - Bu axmaq ideyanı kim gündəmə gətirir?
Dünən, 18:00
Legitimliyini itirmək yolunda növbəti addım - Görünəni odur ki...
Dünən, 17:52
ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə AÇIQLAMA
Dünən, 17:50
Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI - FAKT BUDUR!
Dünən, 17:43
Aliment davaları böyüyür: Çıxış yolu tapılmır - NƏ ETMƏLİ?
Dünən, 17:40
İki nişanın yanaşı olması sizi çaşdırmasın – 60 manat cərimə oluna bilərsiz
Dünən, 17:38
Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq - ŞƏRH
Dünən, 17:32
Deputatdan AXCP-dəki istefaya REAKSİYA - “Fərqli düşüncələrə yol verilmir”
Dünən, 17:30
“Türkiyə bilir ki, bu savaş olacaq...” - Orta Doğu ilə bağlı qorxulu planlar...
Dünən, 17:26
"Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?"
Dünən, 17:23
Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq – Duqin
Dünən, 17:21
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Dünən, 15:26
Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək – Qriqoryan
Dünən, 15:14
Gürcüstanda seçkilər: müharibə üzərində qələbə - Bahəddin Həzi yazır...
Dünən, 14:53
ABŞ-ı iflas gözləyir - Mask xəbərdarlıq etdi
Dünən, 14:48
2025-ci ildə dünyanın sonu olacaq: - Vanqa və Nostradamusun qorxulu proqnozları
Dünən, 14:43
Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. - DÖVLƏT... DÖVLƏTÇİLİK nədir... bilməyəndə belə olur...
Dünən, 14:37
Nikol dayanmır: 5 saata 100 km yol sürdü - özü açıqladı
Dünən, 14:31
Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib
Dünən, 14:28
Mehdiyevlə yanaşı Həbibbəyli də MÖVQEYİNİ İTİRİB
Dünən, 13:07
Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur - Mikaelyan
Dünən, 13:04
İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Dünən, 12:51
"FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Dünən, 12:48
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Dünən, 12:40
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Dünən, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Dünən, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Dünən, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Dünən, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru