ABŞ 30 gün ərzində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Tarix: 27-02-2018, 08:24 |
Çap et
Vaşinqton 30 gün ərzində Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi Birləşmiş Ştatların maliyyə naziri Stiven Mnuçin deyib.
"Sanksiyaları növbəti 30 gün ərzində gözləyə bilərsiniz. Biz bütün mövcud sanksiyalara riayət edirik və yenilərini tətbiq edirik", - deyə "Bloomberg" nazirin sözlərini sitat gətirib.