Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə verilib.
Pravda.az-ın xəbərinə görə, İdarə ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciəti "Lerik Broyler" MMC edib.
Mahiyyəti vergi məsələləri üzrə mübahisə olan iş hakim Hilal Nəcəfovun icraatındadır.
Qeyd: Şirkət Milli Məclisin sabiq deputatı İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlı Çingiz oğluna məxsusdur. MMC-nin hazırda dövlətə 348 366 manat borcu var.