“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC (VÖEN – 9900001881) tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovaka sorğusu) nəticəsi açıqlanıb. Yeniavaz.com xəbər verir ki, ABB Gəncə Mall Ticarət Mərkəzində reklam stendinin yerləşdirilməsi üçün tender müsabiqəsinin qalibi olan “MG Plus” MMC (VÖEN – 1405224791) ilə müqavilə bağlayıb. Açıqlanan məlumatda bildirilir ki, ABB ticarət mərkəzində yerləşdirilən reklam stendi üçün bir il müddətində 79 min 129 manat 9 qəpik ödəyəcək. Qeyd edək ki, “MG Plus” MMC-nin rəsmi saytında yer alan məlumatda Gəncə Mall Ticarət Mərkəzində ABB-yə məxsus reklam stendinin ölçülərinin 216X200 sm olduğu bildirilir.