ABŞ-la Türkiyə arasında atəşkəs qalmaqalı - Amerika rəsmən kürdlərə sipər olur
Tarix: 28-02-2018, 10:03 |
Çap et
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert Suriyada elan edilmiş atəşkəslə bağlı danışıb.
Axar.az xəbər verir ki, Noyert atəşkəs qərarının bütün ölkə ərazisini əhatə etdiyini vurğulayıb.
“Türkiyə bu sənədi daha yaxşı şəkildə yenidən oxumalıdır. 30 gün ərzində Suriyanın hər tərəfində atəşkəsi nəzərdə tutur. Türkiyəyə BMT Təhlükəsizlik Şurasının qərarını yenidən oxumasını tövsiyə edirik”, - Noyert bildirib.
Qeyd edək ki, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ BMT Təhlükəsizlik Şurasının Suriyada bir aylıq “Humanitar atəşkəs” elan etməsinin “Zeytun budağı” əməliyyatına təsir göstərməyəcəyini demişdi.