Suriya ordusu `Ağ dəbilqəlilər`in studiyasını aşkarlayıb
Tarix: 12-04-2018, 09:30 |
Çap et
Yardım təşkilatı adı altında fəaliyyət göstərən, ancaq terror təşkilatlarıyla əlaqəsi ortaya çıxan "Ağ dəbilqəlilər"in daha bir studiyası ortaya çıxıb. FaktXəbər-in "Fars News"a istinadən verdiyi məlumata görə, Suriya ordusu hökumət əleyhinə təbliğat məqsədli istifadə edilən studiyanı Şərqi Qutada aşkarlayıb.
Suriya prezidenti Bəşər Əsəd rəhbərliyinə qarşı yalan xəbər və saxta görüntülərin hazırlanmsı ilə məşğul olan studiya Şərqi Qutanın Sakba rayonunda fəaliyyət göstərib. Studiyadan külli miqdarda kameralar, qrim aparatları və saxta görüntülərin hazırlanması üçün istifadə edilən ləvazimatlar götürülüb.
Qeyd edək ki, Şərqi Quta şəhəri tamamilə Suriya ordusunu nəzarətinə keçib. "Ceyşul İslam" qruplaşmasıın Dumanı tərk etməsindən sonra ordu şəhərə nəzarəti bütünlüklə təmin edib.