Qərb Suriyaya terrorçular məğlubiyyətə uğradığı üçün zərbə endirdi - İran XİN
Tarix: 14-04-2018, 10:27 |
Çap et
İranın Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələri qətiyyətlə pisləyib.
"Report" xəbər verir ki, bu barədə "Al-Manar" telekanalı məlumat yayıb.
"İranın Xarici İşlər Nazirliyi Suriyaya üçqat təcavüzü pisləyir və onun region üçün verə biləcəyi nəticələri barədə xəbərdarlıq edib", - məlumatda qeyd olunub.
İdarənin fikrincə, Qərb Suriyaya terrorçular məğlubiyyətə uğradıqları üçün zərbə endirib.