“ABŞ və müttəfiqlərinin əməliyyatı suveren dövlətə təcavüzdür” - Putin
Tarix: 14-04-2018, 11:46 |
Çap et
Rusiya prezidenti Vladimir Putin ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada bəzi obyektlərə hərbi zərbələr endirilməsinə münasibətini açıqlayıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, V. Putin bildirib ki, ABŞ və müttəfiqləri BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd şəkildə, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə zərbələr endiriblər.
V. Putin hadisəni suveren dövlətə qarş təcavüz aktı adlandırıb və BMT TŞ-nin təcili iclasını çağırdıqlarını deyib.