"One America News Network" telekanalının jurnalistləri Suriyanın Duma şəhərində olarkən kimyəvi hücumun əlamətlərinə rast gəlməyiblər. FaktXəbər bildirir ki, bu barədə telekanalın saytında və YouTube səhifəsinə yerləşdirilmiş reportajda deyilir.
Müxbir Pirson Şarp bildirib ki, Dumada rəyi soruşulan şəhər sakinlərinin heç biri kimyəvi hücum versiyasını təsdiqləməyib: "Onlarla sakinlə söhbət olundu və hamısı kimyəvi hücumla bağlı nəsə görmədikləri və eşitmədiklərini bildirdilər. "Onlar (yerli sakinlər) deyirdilər ki, bu, uydurmadır və saxtakarlıqdır".
Amerikalı jurnalistlər həmçinin üzə çıxarıb ki, "kimyəvi hücum"dan sonra görüntülərin qeydə alındığı xəstəxananın həkimləri bu məlumatı təkzib ediblər. Suriyalı həkimlər qeyd ediblər ki, xəsatəxanaya bir qrup şəxs gəlib və "kimyəvi hücum",-deyə qışqırmağa başlayıb, bundan sonra xəstələrin üzərinə su tökməyə başlayıblar.