Rəsmi Pekin ABŞ-ın ölkə iqtisadiyyatına təsirini minimuma endirəcək
Tarix: 18-04-2018, 08:33 |
Çap et
Çin ABŞ-la ticarət mübahisəsi ilə bağlı müxtəlif səviyyələrdə və siyasi vasitələrin köməyilə təcili plan hazırlayıb.
Trend-in məlumatına görə, plan ABŞ-ın Çin iqtisadiyyatına təsirini minimuma endirməyi ehtiva edir.
Çinin inkişaf və islahatlar dövlət komitəsinin nümayəndəsi Yan Pençen deyib ki, bu plan ABŞ tərəfindən gələn istənilən təhdidi dəf etməyə qadirdir.
Pençen qeyd edib ki, Çinin iqtisadiyyatını sabit şəkildə saxlamaq üçün hökümət əlindən gələni edəcək.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Çindən gələn ticarət mallarına qoyulan rüsumu ildə 150 milyard dollara qaldıracağı ilə hədələyib.