Rusiyanın Başqırdıstan Respublikasında 1 nömrəli məktəbin şagirdi dərsə bıçaqla gələrək məktəblilərə hücum çəkib. FaktXəbər "TASS"a istinadən bildirir ki, 9-cu sinif şagirdi Artyom Taqirov əvvəlcə informatika müəlliminə, daha sonra şagird yoldaşına xəsarət yetirib.
Ardınca məktəbli sinifə od vuraraq oranı yandırıb.
Respublikanın Səhiyyə Nazirliyi açıqlayıb ki, hadisə zamanı 4 nəfər xəsarət alıb.
Məktəbdə yaralananlar şəxslər bunlardır: şagird Yuliya Frolova (sinəsindən yaralanıb), Vəsilə Səmədova (əlini bıçaq kəsib), Yekatirina Perşina (bıçaq və yanıq xəsarətləri).