Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi
Tarix: 19-04-2018, 11:35 |
Çap et
Qırğızıstan prezidenti Sooronbay Jeenbekov respublikanın Nazirlər Kabinetinə Parlamentin etimad göstərməməsini nəzərə alaraq hökumətin istefaya göndərilməsi barədə sərəncam imzalayıb.
Trend-in məlumatına görə, daha öncə Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər.
Qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.