Ərdoğan iki adamını Gülün yanına göndərdi - Səbəb
Tarix: 27-04-2018, 09:03 |
Çap et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan eks-prezident Abdullah Güllə danışıqlar aparmaq üçün iki adamını onunla görüşə göndərib.
Axar.az xəbər verir ki, Ərdoğanın köməkçisi İbrahim Qalın və Baş Qərargah rəisi Hulusi Akar A.Gülü fikrindən daşındırmaq üçün onunla görüşdüyü bildirilir.
Qeyd edək ki, A.Gülün iyunun 24-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürəcəyi ehtimal olunur.