Ermənistanın yeni baş naziri 1 mayda seçiləcək
Tarix: 27-04-2018, 09:20 |
Çap et
Ermənistanın yeni baş naziri 1 mayda keçiriləcək seçki ilə müəyyən olacaq. FaktXəbər yerli mediaya istinadən bildirir ki, yeni hökumət rəhbərini Ermənistan parlamenti müəyyənləşdirəcək
Yeni baş nazirin seçilməsindən sonra növbədənkənar seçkilər üçün hazırlıqlara start veriləcək.
Baş nazir vəzifəsinə əsas namizəd müxalifət lideri Nikol Paşinyan adı hallanır. Paşinyan baş nazir olmağı yalnız məhdudiyyətlər olmazsa, qəbul edəcəyini bildirib.