Çarukyan bu gün bəyanat yayır: - Nikol, yoxsa Karen?
Tarix: 28-04-2018, 10:19 |
Çap et
Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan bu gün bəyanat yayacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açqılamasında Çarukyanın mətbuat katibi İveta Tonoyan deyib.
Qeyd edək ki, Çarukyan Bloku keçmiş baş nazir Serj Sərkisyanın istefasından bir neçə saat öncə etiraz aksiyalarına qoşulmuşdu. Partiya nümayəndələri indiyə qədər dəfələrlə bəyanat yayaraq, xalqın yanında olduqlarını bildiriblər. Blok hələ də baş nazir seçkisində kimi dəstəkləyəcəyini açıqlamayıb.
Çarukyan dünən Moskvaya səfər edib. Səfər zamanı onun kimlərlə görüşlər keçirdiyi açıqlanmayıb.
Ermənistanda baş nazir seçkisi mayın 1-də keçiriləcək.