FED uçot dərəcəsini iyunda artıra bilər
Tarix: 3-05-2018, 09:15 |
Çap et
“ABŞ-da qiymət artımının illik həddi ölkənin Federal Ehtiyat Sisteminin (FED) açıq bazarda əməliyyatlar üzrə federal komitəsinin (FOMC) ortamüddətli perspektivdə müəyyən etdiyi 2%-lik hədəfə yaxındır. Komitə iqtisadi şəraitin gələcəkdə gözlənilən mərhələli faiz artımlarını zəmanət altına alacaq şəkildə dəyişməsini gözləyir”
“Report” xəbər verir ki, bu barədə FED-in açıqlamasında bildirilir.
Xatırladaq ki mayın 1-2-də sözügedən komitənin növbəti iclası keçirilib. İclasda uçot dərəcəsi 1,5-1,75% həddində saxlanılıb.
Bu ilin sonuna qədər FOMC-nin daha 5 iclası keçiriləcək. Növbəti müzakirələr iyunun 12-13-də olacaq.
“Report”un analitik qrupu hesab edir ki, FED uçot dərəcəsini iyunda artıra bilər. Yay ayları üzrə faiz artımı siqnalları ABŞ dollarının daha da bahalaşmasına səbəb olacaq.
Əgər FED ehtiyatlı mövqedən çıxış edərsə, Amerika valyutası ucuzlaşa bilər. Çünki uçot dərəcəsinin artırılmaması investorları qeyri-müəyyən risklər fonunda ehtiyatlandıracaq və dollardan digər valyutalara kapital axını baş verəcək.