Prezident etiraf etdi: "Noviçok" bizdə istehsal edilib
Tarix: 4-05-2018, 08:25 |
Çap et
“Noviçok” adlandırılan A-234 sinir qazı Çexiyada istehsal edilib.
Axar.az xəbər verir ki, bu sözləri Çexiya Prezidenti Miloş Zeman deyib.
“Nəticə budur ki, “Noviçok” qazı ölkəmizdə istehsal edilib, sınaqdan keçirildi. Daha sonra məhv edildi. Belə bir şeyin olmadığını demək ikiüzlülük olardı”, - deyə dövlət başçısı bildirib.
Zemanın təlimatı ilə Çexiya İnformasiya Təhlükəsizliyi Xidməti də keçmiş rusiyalı agent Sergey Skripala qarşı istifadə edilən sözügedən zəhərli maddənin Çexiyada istehsal edildiyi barədə məlumat yayıb.