ABŞ Suriyaya qarşı sanksiyaların müddətini uzadıb
Tarix: 10-05-2018, 09:49 |
Çap et
ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı birtərəfli sanksiyaların müddətini daha bir il uzatmaq qərarını verib.
SalamNews-un məlumatına görə, qərar Ağ Ev ABŞ Konqresinin rəhbərliyinə göndərilib.
Məlumata əsasən, sanksiyalar ABŞ-ın yurisdiksiyası altında olan bəzi fiziki və hüquqi şəxslərin aktivlərini bloklaşdırır, həmçinin Suriyaya müəyyən kateqoriyalı ABŞ mallarının və xidmətlərinin ixracını qadağan edir.