Tramp Kim Çen Inla görüşün böyük uğur olacağını deyib
Tarix: 11-05-2018, 08:03 |
Çap et
ABŞ prezidenti Donald Tramp əmindir ki, onun KXR lideri Kim Çen Inla qarşıdan gələn görüşü çox uğurlu olacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Mən belə düşünürəm. Düşünürəm ki, bu, böyük uğur olacaq", - deyə o qeyd edib.
Amerika lideri daha əvvəl bildirib ki, o, Kim Çen Inla iyunun 12-də Sinqapurda görüşəcək. Trampın sözlərinə görə, o və KXDR lideri bu görüşün bütün dünyada sülh üçün xüsusi an olmasına çalışırlar.