Terrorçular daha bir şəhəri orduya təhvil verdi
Tarix: 11-05-2018, 09:36 |
Çap et
Suriya ordusu Homs əyalətinin daha bir şəhərini terrorçulardan azad edib. FaktXəbər "İnterfaks"a istinadən bildirir ki, Tel-Bisadakı yaraqlılar və onların ailə üzvləri şəhəri orduya təhvil veriblər.
Terrorçular şəhərdən çıxarkən malik olduqları silah-sursatı orduya təslim ediblər. 7 may tarixindən bu yana 5981 yaraqlı Homsdan çıxarılıb.