Birləşmiş Ştatlar "Suriya Demokratik Qüvvələri" adlı silahlı qruplaşmaya 200 maşın hərbi yardım göndərib. FaktXəbər bildirir ki, bu barədə "Əl-Məsdər" agentliyi məlumat yayıb.
ABŞ-a məxsus 200-ə qədər hərbi texnika Hasəkə yaxınlığında Təl Bəydara yardım apararkən görünüb. TIR-larda müxtəlif növ silah və sursatlar olub.
Qeyd edək ki, "Suriya Demokratik Qüvvələri" PKK, YPG və PYD terrorçularının mütəşəkkil ordu şəklində cəm olduğu birləşmədir.