Los-Ancelesdə 3 erməni 8 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur
Tarix: 24-05-2018, 08:09 |
Çap et
Los-Anceles dairəsinin aralarında 3 erməninin də olduğu 5 sakininə qarşı tibbi sığortadan istifadə etməklə fırıldaqçılıq ittihamları irəli sürülüb.
"Report" xəbər verir ki, bu barədə "Los Angeles Daily News" məlumat yayıb.
Məlumata görə, Harri Cizmedjyan, Marina Sarkisyan və Lusine İlanqezyan 8 milyon dollarlıq zərərin qiymətləndirildiyi fırıldaqçılıq işində əlbir olublar. Fırıldaqçılar müştərilərə onların sığortası haqqında informasiyanın müqabilində tibbi sığortası olmayan pulsuz kosmetik prosedurlar təqdim ediblər. Klinikalarda işləyən fırıldaqçılar sonra sığorta edənlərdən hesabları tibbi prosedurların xərclərinə uyğun olaraq tələb ediblər.
Firildaqçılardan biri Harri Cizmedjyan ötən il istintaq üzrə departamentin təhqiqatçısı olub. O, klinikanın rəhbərliyini sığorta şirkətləri barədə gizli informasiya ilə təmin edib. Cizmedjyan həmçinin digər təhqiqatçıların diqqətini bu klinikadan ayırıb.