Ərdoğan ABŞ-la strateji tərəfdaşlığın möhkəmlənəcəyinə ümid bəsləyir
Tarix: 20-09-2018, 08:29 |
Çap et
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ikitərəfli münasibətlərdə böhran olmasına baxmayaraq, investisiya və ticarət sayəsində ABŞ-la strateji tərəfdaşlığın möhkəmlənəcəyinə ümid bəsləyir.
"Report" NTV telekanalına istinadən xəbər verir ki, Ərdoğanın sözlərinə görə, siyasi fikir ayrılığını iqtisadiyyat ilə qarışdırmaq düzgün deyil.
O əlavə edib ki, Türkiyə ABŞ-la aralarında olan problemlərinin işgüzar dairələrdə öz əksini tapmasını istəmir və biznesin zərər çəkməməsi üçün zəruri tədbirlər görəcək.
"Bizim ABŞ ilə strateji tərəfdaşlığımız investisiya və ticarət sayəsində möhkəmlənməlidir", - deyə Ərdoğan Türkiyədəki Amerika şirkətlərinin nümayəndələri ilə görüşündə bildirib.