İrana qarşı növbət həmlə: Rejim siyasətini dəyişməsə...
Tarix: 24-09-2018, 08:55 |
Çap et
Əgər tətbiq edilən məhdudiyyətlər İranda dəyişikliklərə səbəb olmayacaqsa, bu ölkəyə qarşı yeni sanksiyalarla bağlı növbəti variantlar axtaracağıq.
Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
“Düşünürük ki, onların regiondakı ölkələr üzərində iradəsini tətbiq etmə istəklərini qırmışıq. Hesab edirik ki, qarşıdakı sanksiyalar (noyabr) İranda iqtisadiyyata və siyasətə ciddi mənada təsir göstərəcək. Bizim istədiyimiz də elə budur. Biz İran rejiminin davranışında ciddi dəyişikliklərin olmasını istəyirik”, - deyə Bolton bildirib.