NATO-nun baş katibi Lavrovla görüşüb
Tarix: 26-09-2018, 08:55 |
Çap et
NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, o Rusiya ilə daha konstruktiv münasibətlərin tərəfdarıdır.
Sentyabrın 25-də BMT Baş Assambleyasının kuluarlarında Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra Stoltenberg deyib ki, “NATO və Rusiya arasında bir sıra məsələlərdə ciddi fikir ayrılıqları var və elə bu, iki tərəf arasında dialoqu mühüm edir”.
O deyib ki, Lavrovla Rusiyanın bu yaxınlarda keçirdiyi Vostok təlimləri və NATO-nun qarşıdan gələn Trident Junctre təlimləri də daxil hərbi manevrlər məsələsini müzakirə edib:
"Mən habelə Rusiyanın Ukraynada davam edən təcavüzkar hərəkətləri nəsələsini də qaldırdım və Solsberi zəhərlənməsindən sonra NATO-nun Birləşmiş Krallıqla güclü həmrəyliyini ifadə etdim”.
Britaniya İngiltərənin Solsberi şəhərində keçmiş Rusiya casusu Sergey Skripalın Noviçok adlı hərbi təyinatlı kimyəvi agentlə zəhərlənməsində Rusiyanı ittiham edir, Moskva isə bu ittihamları qəbul etmir.
Stoltenberg deyib ki, o “nazir Lavrovla dialoqun davam etdirilməsi barədə razılığa gəlib”.
Bu danışıqlardan əvvəl verdiyi bəyanatda Stoltenberg Rusiyanın Suriya prezidenti Bashar al-Assada dəstəyi və Aralıq dənizində özünün hərbi mövcudiyyətini möhkəmləndirməsi məsələsinə toxunub.
Onun sözlərinə görə bu iki məsələ Rusiya ilə NATO fikir ayrılığının arasında başlıca məqamlarıdır.