Rusiyanın Şimal flotu ilk dəfə olaraq Arktikada, Kotelnıy adasında "Bastion" sahil raket kompleksini yerləşdirib. Kompleksdən sahil mühafizəsi ilə bağlı təlimdə istifadə olunacaq və Laptevıy dənizində şərti düşmənin gəmisini məhv edəcək.
FaktXeber.com-un Vesti-yə istinadla verdiyi məlumata görə, bu barədə RF Müdafiə Nazirliyi xəbər verib.
Bildirilir ki, bir «Bastion» 60 km-ə kimi sahili düşmən desantlardan mühafizə edə bilər. Kopleskjə 4 «Oniks», yaxud eksport modifikasiyasında «Yaxont» raket qurğusu, idarəetmə məntəqəsi və nəqliyyat yükləmə maşını var.
«Bastion»un fəaliyyət radiusu 300 km-ə çatır. Düşmən gəmisinin müdafiəsini qırmaq üçün «Oniks» səsdən sürətli – 1100 km/saat hərəkət edə bilir. Kompleksin atış hazırlığı 4 dəqiqədən də az çəkir.