Rusiya Netanyahu və Libermanı qəbul etmədi
Tarix: 26-09-2018, 15:13 |
Çap et
Rusiya İl-20 probleminin həlli üçün siyasətçilərin göndərilməsi barədə İsrailin təklifinə rədd cavabı verib. Moskva məsələnin həlli üçün hərbçilərdən ibarət nümayəndə heyətinə üstünlük verib. FaktXeber.com-un İnterfaks-a istinadla verdiyi məlumata görə, bu barədə Haaretz xəbər verib.
Bildirilir ki, İsrail İL-20 ilə bağlı vəziyyəti həll etmək üçün Moskvaya baş nazir Binyamin Netanyahu, yaxud da müdafiə naziri Aviqdor Libermanı göndərmək istəyirdi. Lakin Rusiya iki dövlətin HHQ-nin komandirləri arasında peşəkar səviyyədə kontakt qurmağa üstünlük verib.
Nəşrin məlumatına görə, Suriyadakı vəziyyət və Rusiya ilə əlaqələrdə gərginlik Netanyaxunun ABŞ prezidenti Donald Trampla görüşündə müzakirə olunacaq.
Qeyd edək ki, RF Müdafiə nazirliyi İl-20 faciəsi ilə bağlı məlumatları təqdim edərək, İsrailin təqsirini sübut etmişdi.
Bundan başqa hərbi qurum təyyarənin vurulmasının 3D videosunu hazırlamışdı.