Türkiyə Rusiyanın bu qərarına qarşı çıxa bilər
Tarix: 27-09-2018, 08:10 |
Çap et
Güman edirəm ki, Rusiyanın Suriyaya S-300 sistemləri yerləşdirməsi Türkiyənin mənfi reaksiyası ilə nəticələnməyəcək.
Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.
O bildirib ki, Türkiyə bu sistemlərin Hələb və İdlibdə yerləşdirilməməsini tələb edə bilər:
“Bununla bağlı Tükiyə tərəfdən narahatlıq yaşanmayacaq. Əgər Türkiyə təyyarələri Suriya havadan müdafiə sistemlərinin nəzarət zonasında uçmursa, o zaman problem yoxdur”.