Ukrayna Rusiyanı ittiham etdi: Növbəti separatizm dalğası...
Tarix: 2-10-2018, 08:31 |
Çap et
Zakarpatya bölgəsində etnik macarlarla gərginliyi məhz Rusiya yaradır.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər naziri Pavel Klimkin deyib.
“Rusiya regionda gərginlik yaratmaq üçün bu məsələdən istifadə edib və həmişə də istifadə edəcək. Rusiyanın bu yöndə fəaliyyəti nə macarların, nə də Macarıstanın mənafeyinə xidmət edir. Biz macar icmasına yardım etməliyik”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, Macarıstan hökuməti Ukraynanı etnik azlıqda olan macarlara qeyri-adekvat münasibət göstərməkdə ittiham edir.