Bu gün Putin bizi başa düşür, bəs sabah nə olacaq?
Tarix: 6-10-2018, 10:49 |
Çap et
Belarus öz təhlükəsizliyi məsələsində Rusiyaya sığınmamalıdır.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz Belarusun müdafiəsi üçün silahların yeni növlərini hazırlamalıyıq. Belarus üçün vacib olan tank və təyyarələr yox, xüsusi təyinatlı qüvvələrdir.
Nəsə baş verəcəyi təqdirdə bizə yardım ediləcəyinə əmin deyilik. Bunun üçün nümunələr çoxdur. Biz bir sıra müttəfiqlərimizin davranışlarını görürük. Rusiyadan başqa yəqin ki, güvənəcək heç kimimiz yoxdur. Hətta Rusiyaya da 100% arxayın ola bilmərik. Bu gün Putin bizi başa düşür, biz də onu anlayırıq. Bəs sabah nə olacaq? Ona görə də ən lazımlı silahlara sahib olmalıyıq” – deyə o bildirib.