Böyük Britaniya və Rusiya qarşılıqlı hesablaşmalarda dollardan imtina edə bilər
Tarix: 15-10-2018, 16:18 |
Çap et
Böyük Britaniya və Rusiya zərurət yaranarsa qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtina edə bilər.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə rəsmi Moskvanın Londondakı ticarət nümayəndəsi Boris Abramov bildirib.
Onun sözlərinə görə, iki ölkənin ödəniş üçün funt strelinq və rubla keçməsi üçün lazimi infrastruktur var: "İngilis funt sterlinqi dollar və avro kimi sərbəst konvertasiya olunan valyutadır. Rusiya şirkətləri yerli və yaxud xarici banklarda funtla hesab açmaq məcburiyyətində qalmayacaq”.
Rusiya rəsmisi həmçini bildirib ki, Böyük Britaniya ilə ticarət dialoqu 4 ildir ki, bərpa edilib: "İki ölkənin sanksiya olmayan sahələrdə ölkələrin maraqları eynidir və əməkdaşlıq etməyə hazırıq".