“Soyuq müharibə” qapıda: ABŞ və Çin...
Tarix: 22-10-2018, 08:36 |
Çap et
ABŞ Çinə görə Ortamənzilli Nüvə anlaşmasından çəkilmək istəyir.
Axar.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Maykl Maalof deyib.
“Doğrudur, Çin bu razılaşmanın tərəflərindən olmasa da, ABŞ indi Pekinə qarşılıq vermək üçün orta mənzilli raket istehsal edə bilmir. Vaşinqton sözügedən razılaşmanın Rusiya tərəfindən pozulduğunu əsas gətirir. Lakin bu pozuntu fəaliyyətini sübut edə bilməyəcək. Razılaşmanın müddəlarının pozulması dedikdə, yeni qanadlı raket istehsalı nəzərdə tutulur? Xeyr... Razılaşma bunu qadağan etmir”, - deyə Maalof bildirib.
Məsələ ilə bağlı danışan iranlı ekspert Kaveh Əfrasiyabi isə qeyd edir ki, Trampın ABŞ-ın bu razılaşmadan çıxacağı yönündə açıqlaması Soyuq müharibə illərinə qayıdışla bağlı böyük addımdır:
“ABŞ Sakit okeanda Çinlə silah yarışındadır. Çinin əlində bu razılaşmanın çərçivəsinə daxil olmayan xeyli raket var”