Üç ölkə arasında Suriya ilə bağlı RAZILIQ əldə edildi
Tarix: 25-10-2018, 12:03 |
Çap et
Bu haqda Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, Rusiya, Türkiyə və İran BMT-nin Suriya Özəl Təmsilçiliyi ilə birlikdə Suriya Konstitusiya komitəsinin qurulması işlərinin sürətləndirilməsi ilə bağlı anlaşıblar.
Rusiya XİN-dən verilən açıqlamada bildirilir ki, hər üç ölkənin xarici işlər naziri müavinləri Suriya məsələsinə toxunaraq, komissiyanın qurulması üçün prosesi sürətləndirməyi qərara alıblar.
Rusiyanın Suriya özəl təmsilçisi Aleksandr Lavrentyev də komissiyanın qurulmasının Suriyadakı problemin həllində böyük rol oynadığını dilə gətirib.