Putinə təklif: KQB, QAİ, QRU geri qayıdır?
Tarix: 5-11-2018, 09:31 |
Çap et
Rusiyanın “Milli Komitə+60” təşkilatı Rusiya Prezidenti Vladimir Putinə xüsusi xidmət orqanlar üçün Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) adını qaytarmağı təklif edib.
Axar.az xəbər verir ki, bu məlumatı “Znak” qəzeti yayıb. Təşkilatın Putinə göndərdiyi təklifdə Rusiya ilə Belarusun xüsusi xidmət orqanlarının eyni cür adlandırılması istənilib. DTK adının geri qaytarılmasının rusiyalılar tərəfindən dəstəklənəcəyi və müxalifətin provokasiyalarını neytrallaşdıracağı vurğulanıb.
Bununla bərabər təşkilat Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət İnspeksiyası (QİBDD) adının yenidən Dövlət Avtomobil İnspeksiyası (QAİ) adı ilə əvəz edilməli olduğu deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Hərbi Kəşfiyyatçılar Günü və Silahlı Qüvvələr Baş Qərargahı Baş İdarəsinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirdə hərbi kəşfiyyat idarəsinin əvvəlki adını bərpa etmək və yenidən Baş Kəşfiyyat İdarəsi (QRU) adlandırmağı təklif etmişdi.