Keşmiş nazir maliyyə fırıldağına görə saxlanılıb
Tarix: 12-11-2018, 09:43 |
Çap et
İranın keçmiş rifah və sosial təhlükəsizlik naziri maliyyə fırıldağına görə həbs olunub. Bu haqda rəsmi media noyabrın 11-də məlumat yayıb.
Ölkənin rəsmi IRNA xəbər agentliyinin bildirməsinə görə, Parviz Kazemi noyabrın 9-da Tehrandakı Evin həbsxanasına aparılıb.
Kazemi keçmiş sərt xətt tərəfdarı olan prezident Mahmud Ahmadinejad-ın dövründə bir ilədək nazir işləyib, 2006-cı ildə prezidentlə siyasi fikir ayrılığı səbəbindən istefa verib. Daha sonra bank sektorunda çalışıb.
Son illər Kazemi Ahmadinejad-ın tənqidçisinə çevrilmişdi.
Ahmadinejad-ın müttəfiqlərinin bir neçəsi hazırda təhlükəsizlik və maliyyə fırıldağı ittihamlarıyla həbsədirlər.
Sentyabrda keçmiş prezidentin yaxın müttəfiqi olmuş Esfandiar Rahim Mashaei 6 il yarım həbs cəzasına məhkum edilib. O, dövlət təhlükəsizliyinə qarşı sui-qəsd planlaşdırmaqda, İslam Respublikasına qarşı təbliğatda, rəsmiləri təhqir etməkdə suçlu bilinib.