ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Tarix: 15-11-2018, 07:59 |
Çap et
Dövlət Departamenti Amerika vətəndaşlarının birbaşa maliyyə tranzaksiyaları aparmasını qadağan edən hüquqi şəxslər siyahısına 26 yeni təşkilatın adını əlavə edib.
“Report” xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.
"Dövlət Departamenti Tramp administrasiyasının ABŞ-dan vəsaitlərin Kuba silahlı qüvvələri, kəşfiyyat və təhlükəsizlik xidmətlərinin sərəncamına düşməməsinə yönəlmiş səylər çərçivəsində 26 təşkilatı Kuba ilə bağlı məhdudlaşdırıcı siyahıya əlavə edir", — deyə məlumatda bildirilir.
Qeyd olunur ki, siyahıya "Kuba silahlı qüvvələrinə məxsus" 16 otel daxil edilib.
Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton yaxın günlərdə Kubaya qarşı yeni sanksiyalar tətbiq olunacağını bildirmişdi.