ABŞ-dan Moskvaya çağırış: “İranı Suriyadan çıxarın”
Tarix: 23-11-2018, 15:43 |
Çap et
ABŞ İranın özü qüvvələrini Suriyadan çıxarması üçün Rusiyanı Dəməşq və Tehran üzərindəki təsirindən istifadə etməyə çağırır.
Azvision.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffi “RİA Novosti”yə açıqlamasında deyib.
“Biz Rusiyaya Suriya hökuməti və Tehran üzərindəki bütün təsir imkanlarından istifadə edərək, rus qüvvələrindən başqa bütün xarici qüvvələrin Suriyadan çıxarılmasını və 2011-ci il vəziyyətinə qayıdılmasını nəzərdə tutan nizamlanma çərçivəsində İranın komandanlığı altındakı bütün qüvvələrin Suriya ərazisindən çıxarılmasını təmin etməyə çağırırıq”, – deyə Ceffi bildirib.
Diplomatın sözlərinə görə, Vaşinqton bunu ən məqbul addım hesab edir. Ceyms Ceffi, həmçinin vurğulayıb ki, ABŞ 28-29 noyabrda Suriya böhranının siyasi yolla nizamlamasına yönələn Astana görüşündə iştirak etməyəcək. Lakin əgər bu cür görüşlərin nəticəsi effektiv olacaqsa, Vaşinqton buna yalnız şad olar.