Kanada və ABŞ yeni ticarət müqaviləsinin son detallarını hələ müzakirə edirlər
Tarix: 29-11-2018, 08:14 |
Çap et
Kanada və ABŞ 3 Şimali Amerika ölkəsi arasında yeni ticarət müqaviləsinin detallarını müzakirə etməyə davam edirlər.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Kanadanın baş naziri Castin Trüdo deyib.
C.Trüdo bildirib: "Biz bunu [razılaşmanı] hələ müzakirə edirik". Baş nazir digər təfərrüatlar barədə məlumat verməyib.
Xatırladaq ki, Meksikanın iqtisadiyyat naziri İldefonso Quaxardo daha əvvəl bildirib ki, Meksika, Kanada və ABŞ arasında yeni ticarət müqaviləsi noyabrın 30-u Argentinada G20 sammiti çərçivəsində imzalanacaq.