Tramp Kerç boğazında baş vermiş insidentlə bağlı hesabat gözləyir
Tarix: 29-11-2018, 08:26 |
Çap et
ABŞ prezidenti Donald Tramp Kerç boğazında baş vermiş hadisə ilə bağlı hesabat gözləyir. O, bundan sonra Argentinada G20 sammitində Rusiya lideri Vladimir Putinlə görüş barədə yekun qərar qəbul edəcək.
"Report" xəbər verir ki, bu barədə Tramp "The New York Post"a bildirib.
"Aydınlaşdıracağıq görək nə baş verib. Bu hadisə mənim xoşuma gəlmir, baş verənlərlə bağlı bizə hesabat verəcəklər", - deyə ABŞ prezidenti bildirib.
O, əlavə edib ki, Almaniya kansleri Angela Merkel də müzakirələrə cəlb olunmalıdır.
"Məsələ ondadır ki, xəbərdarlıq siqnalı verilibmi? Xəbər veriblərmi ki, (Ukrayna gəmiləri) irəliləyirlər? Ona görə ki, mən belə başa düşürəm, onlarda xüsusi sistem var", - deyə Tramp əlavə edib.