İsrail Suriyada təyyarəsinin vurulması xəbərini təkzib edib
Tarix: 30-11-2018, 08:47 |
Çap et
İsrail hərbçiləri Suriya hava müdafiə sistemlərinin onlara məxsus təyyarəni vurmalarına dair xəbərləri təkzib ediblər.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, ordunun mətbuat xidməti məlumatın həqiqətə uyğun olmadığını deyib.
"İsrail təyyarəsi və ya başqa bir hava hədəfinin vurulması barədə məlumatlar reallığı əks etdirmir", - deyə məlumatda bildirilir.
Bundan əlavə İsrail hərbçiləri Suriyada hər hansı bir hava hücumuna qoşulma barədə məlumatları hələ də şərh etməyiblər.
Bundan əvvəl Suriyanın təhlükəsizlik orqanlarındakı mənbə yerli hava hücumundan müdafiə sistemlərinin cümə axşamı Dəməşqin cənubunda yerləşən Əl-Kisva yaşayış məntəqəsi üzərində İsrailin hərbi təyyarəsini və hədəfə yönəlmiş 4 raketini vurması barədə məlumat yayıb.