Çin ABŞ-dan neft və qaz idxalını dayandırır
Tarix: 30-11-2018, 10:21 |
Çap et
Çin oktyabr ayında ABŞ-dan neft və mayeləşdirilmiş təbii qaz idxalını (LNG) sıfıra endirib. FaktXəbər bildirir ki, bu barədə ölkənin Gömrük İdarəsi məlumat yayıb.
"Reuters"in hesablamalarına görə, Pekinin idxalatı dayandırması Birləşmiş Ştatlara ildə 1 milyard dollar ziyanla başa gəlir. Çin ötən il ABŞ-dan təxminən 3,6 milyon ton LNG idxal edib.
Hazırda Çin qaz idxalını 17% artıraraq oktyabrda 9,7 milyon barrelə qədər çatdırıb. Səudiyyə Ərəbistanı və Rusiyadan neft alan Çin, LNG-ni də Avstraliya (oktyabrda 2.27 milyon ton), Qətər (960 min ton) və Malayziyadan (496 min ton) idxal edir.
Qeyd edək ki, Pekin və Vaşinqton arasında münasibətlərin pozulması Birləşmiş Ştatarın Çinə əlavə dəyər vergisi tətbiq etməsi ilə başlayıb.