KXDR ABŞ-ın yeni sanksiyalarını siyasi təxribat və düşmənçilik aktı hesab edir
Tarix: 11-12-2018, 08:31 |
Çap et
KXDR ABŞ-ın bu ölkənin ali rəhbərliyinin üç üzvünə qarşı yeni sanksiyalarını tarixi Sinqapur sammitinin xoşməramlı ruhuna zidd olan düşmənçilik aktı kimi qiymətləndirir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın "Rodong Sinmun" qəzetində dərc olunmuş materialda qeyd edilir.
Nəşrin fikrincə, Koreyanın Əmək Partiyasının üç üzvünün insan hüquqlarının müdafiəsi adı altında ABŞ-ın "qara siyahısı"na salınması "dözülməz" siyasi təxribat və KXDR-in Dövlət Şurasının sədri Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında görüşün ruhuna uyğun olmayan düşmənçilik aktıdır.
Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi Şimali Koreyanın rəhbərliyində təmsil olunan üç vəzifəli şəxsi Koreyada insan haqlarının ciddi pozulmasında və senzurada ittiham edərək, onlara qarşı sanksiyalar tətbiq edib.